"Məktəblilərin mobil telefonlardan istifadə etməsi düzgün deyil"
Son vaxtlar məktəbyaşlı uşaqlar arasında mobil telefondan istifadə kütləvi hal alıb. Ekspertlər məsələnin mənfiliklərlə müşahidə olunduğu qənaətindədirlər. Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov hesab edəir ki, məktəbyaşlı gənclərin mobil telefonlardan istifadə etməsi düzgün deyil. Onun sözlərinə görə, bu yaşda insanlar əsasən təhsillə məşğul olmalıdırlar: "Əslində bu gün bir telefon xəstəliyi var. Hesab edirəm ki, şagirdlər telefon götürməməlidirlər. Açıq deyim, bəzən şagirdlər telefonlardan riyazi əməliyyatların yerinə yetirilməsində iştifadə edirlər, bunu yaxşı da bacarırlar. Mobil telefonlar şagirdləri bir növ bilik almaqdan uzaqlaşdırır və onları başqa bir dünyaya aparır. Bunun müsbət cəhəti odur ki, şagirdlər informasiya kommunikasiya xidmətlərindən istifadə edirlər, ancaq onların bilik almasına mane olur. Amerika təcrübəsi də göstərir ki, uşaqların intellekt səviyyəsini inkişaf etdirən mobil telefonlar başqa tərəfdən mənfiliklə müşahidə olunur. Mağazaya gedib nəsə alan uşaqlar vurma cədvəlini belə bilmirlər. Ona görə də bu zaman telefondan istifadə edirlər. Bu da təfəkkürün formalaşmasına mənfi təsir göstərir. İndi Amerikada məktəbyaşlı uşaqlar arasında telefon, hesablama maşını və kompüterlərin yığışdırılması istiqamətində tədbirlər həyata keçirilir". Deputat mobil telefonlardan biri-birinə qeyri-etik ismarıc göndərilməsini ən narahatedici məqam kimi qiymətləndirir: "Bu, bəşəri xəstəlikdir. Çalışmalıyıq ki, Azərbaycanda bu, geniş yayılmasın. Burada əsas rolu valideyn oynayır. Çünki məktəbdə uşaqlara mobil telefon vermirlər, dərs keçirlər. Ona görə də problemin həllini ailə və məktəbin birliyində görürəm".
Açar sözlər:
Qabaqki yazılar
- Türkiyə Ermənistanla barışmağa hazırdır
- Jurnalistin bıçaqlanmasının üç səbəbi
- "Nömrə-1"də qazananlar da var, itirənlər də
- AQİL ABBAS: "SOVET HÖKUMƏTİ DÖYƏ-DÖYƏ, SÖYƏ-SÖYƏ, TƏPİKLƏYƏ-TƏPİKLƏYƏ AZƏRBAYCANDA FUTBOL MƏDƏNİYYƏTİ YARATMIŞDI"
- AZƏRBAYCANIN ƏN BÖYÜK VƏ GÜCLÜ UŞAQ BİRLİKLƏRİ BİR ARAYA GƏLDİ
- Yüngülsaqqallıq etməyin mənası yoxdur"
- İLHAM ƏLİYEV YENƏ LİDERDİR
- «GƏNC LİDERLƏR» İMZATOPLAMA KOMPANİYASINA BAŞLAYIR
- TÜRKİYƏDƏ İŞSİZ VƏTƏNDAŞ ÖZÜNÜ YANDIRDI
