Türkiyədə Mersin Tarsusda bir adam üzərinə benzin töküb özünü yandırdı.
Alınan məlumata görə, evli və 3 uşaq atası olan 40 yaşlı Helmi M. Mersin və Atatürk Prospektinin kəsişdiyi, baş məmurluq xidmət binası qarşısındakı yanında gətirdiyi pet şüşələrdə olan benzini başından aşağı tökdü. Daha sonra kibritlə geyimləri alovlandıran bu adam, baş məmurluq girişi yaxınına gələrək yerə yıxıldı. Polis məmurları və ətrafdakı vətəndaşların müdaxiləsiylə Helmi Min yanan geyimləri söndürüldü.
Bədəninin böyük hissəsində ağır xəsarətlər olan Helmi M, hadisə yerinə gələn 112 Təcili Xidmət qruplarının müdaxiləsinin ardından, təcili yardımla Tarsus Dövlət Xəstəxanasına qaldırıldı. Helmi Min atdığı addımı uzun müddətdir işsiz olduğu və iqtisadi çətinlik çəkdiyi ilə izah edib.
Açar sözlər:


