"Olaylar" informasiya agentliyinin prezident seçkiləri ilə əlaqədar ölkə siyasətçiləri arasında keçirdiyi internet sorğusu davam edir. Əvvəlki sorğulara nisbətən bu dəfə sorğuda iştirak edənlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. Əgər yanvarın 14-dən fevralın 14-nə qədər olan müddətdə sorğuda iştirak edənlərin sayı 4537 nəfər olmuşdusa, fevralın 14-dən martın 14-dək olan müddətdə sorğu iştirakçılarının sayı 11.450 nəfər təşkil edib. Bu dəfə də sorğuya ənənəvi olaraq 17 siyasətçinin - İlham Əliyev, İsa Qəmbər, Lalə Şövkət, Əli Kərimli, Etibar Məmmədov, Yunus Oğuz, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Sərdar Cəlaloğlu, Fazil Qəzənfəroğlu, Rəsul Quliyev, İqbal Ağazadə, İlyas İsmayılov, Mirmahmud Fəttayev, Rauf Arifoğlu və Pənah Hüseynin adları daxil edilib və sorğuya sual bu şəkildə qoyulub. "Bu ay prezident seçkiləri keçirilsə, kimə səs verərdin?". Sorğunun nəticələrinə əsasən İlham Əliyev - 7344 (64,13%), İsa Qəmbər - 513 (4,48%), Lalə Şövkət - 55 (0,48%), Əli Kərimli - 53 (0,46%), Etibar Məmmədov - 52 (0,45%), Yunus Oğuz - 496 (4,33%), Hafiz Hacıyev - 1201 (10,48%), Qüdrət Həsənquliyev - 48 (0,41%), Sabir Rüstəmxanlı - 51 (0,44%), Sərdar Cəlaloğlu - 1224 (10,68%), Fazil Qəzənfəroğlu - 45 (0,39%), Rəsul Quliyev - 80 (0,69%), İqbal Ağazadə - 72 (0,62%), İlyas İsmayılov - 48 (0,41%), Mirmahmud Fəttayev - 46 (0,4%), Rauf Arifoğlu - 53 (0,46%), Pənah Hüseyn - 60 (0,52%) səs toplayıb. Əvvəlki sorğularda olduğu kimi, bu dəfə də sorğuda reytinq cədvəlinə prezident İlham Əliyev liderlik edir. Martın 14-nə olan vəziyyət belədir.
Açar sözlər:

